1936-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının nəzdində Turizm və Ekskursiyalar İdarəsi kimi yaradılıb, 1969-cu ildən Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublikası Şurası adlandırılıb. Hazırda Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası olaraq fəaliyyətini davam etdirən qurum həmkarlar ittifaqları üzvlərinə turizm xidmətləri göstərir və istirahətlərini təşkil edir. “Xəzər” turist bazası və “Kurort” Turizm İnformasiya Mərkəzi Şuranın nəzdində fəaliyyət göstərir. Həmçinin Hacıkənd qəsəbəsində Şuranın “Göygöl” turist bazası, Şəki rayonunda “Soyuq bulaq” turist-ekskursiya birliyi və Mingəçevir şəhərində “Günəşli” turist bazası var. Bu istirahət ocaqlarında təmir-tikinti işləri aparıldıqdan sonra ittifaq üzvlərinin ixtiyarına veriləcək.
Ünvan: Bakı şəhəri, İçərişəhər, Sabir küçəsi, 7
Əlaqə nömrəsi: (+99412) 492 50 10 / (+99412) 492 33 44
AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı videoçarx ↗
"Kurort" Turizm İnformasiya Mərkəzindən yollayışların alınması üçün ödənişlə bağlı təlimat ↗
“Kurort” QSC 2012-ci ildə təsis olunub. Kurort və sanatoriyaların fəaliyyətinə nəzarəti həyata keçirir. Qurumun tabeliyində “Buzovna” fizioterapiya mərkəzi, "Bilgəh", "Abşeron", "Günəşli", "Qaranquş", "Şıx", "Miras", “Naftalan”, "Xəzər" və “Pirşağı” sanatoriyaları, “Hacıkənd" istirahət evi, “Azgeokaptajminsu” RE xidmət sahəsi, “Avtonəqliyyat” müəssisəsi, “Azərkurortlayihə” İnstitutu, Təchizat Birliyinin anbar binaları və sahəsi, “Azərkurorttikintitəmir” Birliyi və digər müəssisələr fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 95
Əlaqə nömrəsi: (+99412) 454 19 54
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) – ölkəmizin əmək və sosial münasibətlər sahəsində ixtisaslaşmış yeganə özəl ali təhsil müəssisəsidir. Akademiyanın əsası 1952-ci ildə “Kurslar bazası” adı ilə qoyulmuş, sonrakı dövrlərdə “Həmkarlar İttifaqları Kursu”, “Zona Tədris-Metodiki Mərkəz” kimi müxtəlif adlarla fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən etibarən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası özəl ali təhsil müəssiəsi olaraq fəaliyyətini davam etdirir.
Bu gün AƏSMA müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirir. Akademiyada iki fakültə – “Maliyyə-İqtisad” və “Sosial iş” fakültələri fəaliyyət göstərir. Tədris prosesi 5 kafedra vasitəsilə təşkil olunur. Eyni zamanda, “Magistratura”, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbələri də fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində 6 ixtisas üzrə qəbul aparılır:
• Sosial iş
• Marketinq
• Dövlət və bələdiyyə idarəetməsi
• Maliyyə
• Mühasibat
• İqtisadiyyat
Magistratura səviyyəsində üzrə:
• Maliyyə
• Mühasibat uçotu və audit
• İqtisadiyyat
• Marketinq
• Sosial iş ixtisasları üzrə kadr hazırlığı aparılır.
Bununla yanaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının nəzdində fəaliyyət göstərən “İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi”ndə AHİK-in üzv və tabe təşkilatlarının əməkdaşları üçün müxtəlif istiqamətlərdə təlimlər həyata keçirilir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası qarşıdakı illərdə fəaliyyət istiqamətlərini genişləndirməyi və tədris keyfiyyətini daha da artırmağı qarşıya məqsəd qoymuşdur. Qarşıda yeni ixtisasların açılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, rəqəmsallaşma və texnoloji innovasiyalar, sosial məsuliyyət və inklüzivlik istiqamətləri prioritet kimi müəyyən edilmişdir.
Ünvan: Bakı, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 563 08 10
E-mail ünvanı: info@aesma.edu.az
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası vebsaytına keçid ↗
“Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birliyi 1981-ci ildə təsis olunmuş Azərbkolxozlarasısağlamlıq Respublika Birliyinin bazasında 2025-ci ildə yaradılmışdır. Birlik həmkarlar ittifaqı üzvlərinin istirahətini və müalicəsini təşkil edir. Tabeliyində Qax rayonundaki Şəfa müalicə pansionatı, Xaçmaz rayonunda Şahdağ istirahət evi və Bərdə rayonunda Pambıqçı sanatoriyası-profilaktoriyası (fəaliyyət göstərmir) mövcuddur.
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 2a
Əlaqə nömrəsi: (+99412) 342 61 53
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA)
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 12 may 1993-cü il tarixli qərarına əsasən təsis edilib. AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması məqsədilə yaradılıb. Assosiasiya müxtəlif idman növləri üzrə idman yarışları, spartakiadalar, universiadalar təşkil edir, gənclərin idmana olan marağının artırılmasına və idmanın inkişafına dəstək göstərir.
AHİİTA-nın tabe təşkilatı olan “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyətinin məqsədi ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında idmana marağın gücləndirilməsi, könüllülük prinsipinin təbliği və sağlam həyat tərzinin formalaşdırılmasıdır.
Bununla yanaşı, AHİİTA-nın strukturunda 3 əsas idman bölməsi mövcuddur:
1. Şahmat və zəka oyunları bölməsi
2. Güləş növləri bölməsi
3. Döyüş növləri və fiziki hazırlıq bölməsi
AHİİTA-nın fəaliyyət spektrinə aşağıdakı idman növləri daxildir:
Cüdo
Sambo
Karate-do
Taekvondo
Sərbəst güləş
Yunan-Roma güləşi
Şahmat
Alpinizm
Boks
Bədii gimnastika
2025-ci ildə ƏLDƏ OLUNAN İDMAN NƏTİCƏLƏRİ
2025-ci ildə AHİİTA üçün xüsusilə uğurlu olub. Assosiasiyanın təmsilçiləri yerli və beynəlxalq turnirlərdə ümumilikdə 264 medal qazanıblar. Bu uğurlar aşağıdakı kimi bölgü olunur:
ÜMUMİ MEDAL SAYI - 264
BEYNƏLXALQ YARIŞLARDA 80 İDMANÇIMIZ YÜKSƏK NƏTİCƏ GÖSTƏRİB.
QIZIL MEDAL - 41 GÜMÜŞ MEDAL - 25 BÜRÜNC MEDAL – 14
RESPUBLİKA YARIŞLARINDA 184 İDMANÇIMIZ YÜKSƏK NƏTİCƏ GÖSTƏRİB
QIZIL MEDAL - 56 GÜMÜŞ MEDAL - 55 BÜRÜNC MEDAL – 73
Bu nəticələr təkcə idman uğuru deyil, həm də AHİİTA-nın gənclərin potensialını düzgün istiqamətləndirməsi və onlara yaradılan şəraitin göstəricisidir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 78 V
Əlaqə nömrəsi: (+99412) 505 01 11
E-mail ünvanı: info@ahita.az